“Azərbaycan Qadınları Respublika Cəmiyyəti”nin Lənkəran şəhər şöbəsində yeni təyinatlar
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin (AQRC İB) Lənkəran Şəhər Şöbəsində iclas keçirilib.
Fakt.info xəbər verir ki, toplantıda təşkilatın Lənkəran şəhər şöbəsinə uzun illər rəhbərlik etmiş Elduzə xanıma fəaliyyətinə və təşkilatın inkişafına verdiyi töhfələrə görə “Təşəkkürnamə” təqdim olunub. Eyni zamanda Elduzə xanım təşkilatın Fəxri üzvü seçilib.
İclasda həkim Rəisə Kazımova AQRC İB-nin Lənkəran Şəhər Şöbəsinin sədri, Anara Məmmədova isə AQRC İB-nin Lənkəran–Astara–Masallı Departamentinin sədri seçilib.
Toplantı çərçivəsində yeni üzvlərlə tanışlıq keçirilib, təşkilatın qarşısında duran vəzifələr və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub.
Görüşdə qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının artırılması məqsədilə maarifləndirici söhbətlər aparılıb. Qadın hüquqlarının müdafiəsi, erkən nikahların qarşısının alınması, zərərli vərdişlərə qarşı mübarizə, boşanmaların artması və məişət zorakılığının qarşısının alınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda qarşıdakı dövrdə qadınların maarifləndirilməsi, hüquqlarının müdafiəsi və onların cəmiyyətdə fəal iştirakının dəstəklənməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və aparatın bütün komandasına toplantının keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkür ifadə olunub.