Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Dərsdən çıxıb evə gedən məktəbli küçədə bıçaqlı hücuma məruz qalıb. O aldığı bıçaq zərbəsindən xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Fakt.info Xezerxeber.az-a istindən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Məktəbin girişində də qətlə yetirilən şagird üçün güşə yaradılıb, şəkilinin önünə də qərənfil düzülüb.
Hadisənin bəzi təfərrüatlarını öyrəndik. Əldə etdiyimiz məlumata görə, əslində tərəflər arasında mübahisə sentyabrın 24-də baş verib. Davadan sonra hər iki şagird məktəbin direktor müavinin otağına aparılıb. Bildirilir ki bu zaman onlardan biri stolun üstündən qayçını götürərək sinif yoldaşına hücum edib, lakin ətrafdakıların köməyilə hücumun qarşısı alınıb.
Hadisə övladı və ya nəvəsi həmin məktəbdə oxuyan şəxsləri də ciddi narahat edir.
Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.