Tovuzda qadın dəm qazından boğuldu

Tovuzda qadın dəm qazından boğuldu

Tovuzda qadın dəm qazından zəhərlənərək ölüb.

Fakt.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Şərafət Əmrahova yaşadığı evdə dəm qazından boğulub.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.