DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət

DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət

Dövlət Sərhəd Xidməti (DSX) azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.

DSX-dən bildirilib ki, qurumun xidməti ərazisində belə hadisə baş verməyib.

Xatırladaq ki, Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.