Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Fakt.info "Oxu.Az”a istinadən xəbər verir ki, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.