Qubadlının azad olunduğu gündür.

Qubadlının azad olunduğu gündür.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.
31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 23 oktyabrda Kürd Mahruzlu, Muğanlı, Zilanlı, 25 oktyabrda Qubadlı şəhəri, Çaytumas, Dondarlı, Əfəndilər, Xanlıq, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli, 28 oktyabrda Əbilcə, Qilican, Qiyaslı, 30 oktyabrda Kavdadıq, Məmər, 2 noyabrda İşıqlı, Milanlı, Mollalı, 4 noyabrda Başarat, Qaracallı, Qarakişilər, 2 noyabrda Muradxanlı, 7 noyabrda Balasoltanlı, Diləli Müskənli, Qəzyan, Mərdanlı, 9 noyabrda Abdalanlı, Alaqurşaq, Altınca, Armudlu, Aşağı Cibikli, Aşağı Xocamsaqlı, Aşağı Mollu, Balahəsənli, Ballıqaya, Bəxtiyarlı, Boyunəkər, Cılfır, Çardaqlı, Çərəli, Davudlu, Deşdahat, Dəmirçilər, Eyvazlı, Əliquluuşağı, Əyin, Fərcan, Gödəklər, Göyər Abbas, Göyərcik, Göyyal, Gürcülü, Hal, Hat, Həkəri, Həmzəli, Hərtiz, Hüseynuşağı, Xallava, Xələc, Xəndək, Xıdırlı, Xocahan, Xocik, Qarağac, Qaraimanlı, Qaraqoyunlu, Qaralar, Qundanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Mehrili, Məzrə, Mirlər, Novlu, Poladlı, Saldaş, Saray, Seləli, Seytas, Tarovlu, Tatar, Teymur Müskənli, Tinli, Ulaşlı, Yuxarı Cibikli, Yuxarı Xocamsaqlı, Yuxarı Mollu, Zor, 10 noyabrda Qayalı, Qədili, Məlikəhmədli, kəndləri işğaldan azad olunmuşdur.[4][5] Eyni zamanda 4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı.