Cəlilabadda  sahibkarın meyiti öz həyətində tapıldı

Cəlilabadda sahibkarın meyiti öz həyətində tapıldı

Cəlilabad rayonunda meyit tapılıb.

Fakt.info oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Onun ölüm səbəbi hələlik məlum deyil. Məlumata görə, mərhum rayon bazarında ətir satışı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.