İranda terrorda şübhəli bilinən 9 nəfər həbs olunub

İranda terrorda şübhəli bilinən 9 nəfər həbs olunub

İranın Kürdüstan əyalətində terrorçuluqda şübhəli bilinən doqquz nəfər həbs olunub, 47 ədəd döyüş silahı və 70 "Starlink" cihazı aşkarlanaraq müsadirə edilib.

Fakt.info "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ETTELAAT-ın açıqlamasında bildirilib.

Kəşfiyyat Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində "terrorçu-separatçı" qruplaşmaların iki silahlı özəyi zərərsizləşdirilib.

Qeyd olunub ki, bu mütəşəkkil terrorçu özəklərdən 47 ədəd avtomat "Kalaşnikov", 93 ədəd güllə darağı, 2700 patron və 70 ədəd "Starlink" rabitə cihazı aşkar edilərək müsadirə edilib.