"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq

"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq

Bu gün Bazeldə "Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
Fakt.info xəbər verir ki, Azərbaycan təmsilçisi "Mamagama” qrupu 10-cu sırada səhnəyə çıxacaq.
 
Onlar "Run with you” mahnısını ifa edəcəklər.

İlk turda Azərbaycanla yanaşı Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yer alacaq.

Müsabiqə bu gün yerli saatla 23:00-da başlayacaq.

Xatırladaq ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.