Kanada Müdafiə Nazirliyi: Latviyada itkin düşən NATO briqadasının əməkdaşı ölüb
Sentyabrın əvvəlində NATO-nun çoxmillətli briqadasının aviasiya batalyonunda xidmət edən, Latviyada itkin düşən kanadalı hərbçi ölü tapılıb və onun ölümü ilə bağlı araşdırma aparılır.
"Report"un xəbərinə görə, bu barədə Kanada Müdafiə Nazirliyinin hökumətin saytında dərc olunmuş məlumatında deyilir.
Cümə günü Kanada Müdafiə Nazirliyi bir kanadalı hərbçinin çərşənbə axşamından bəri Latviyadakı döyüşlərdə itkin düşdüyünü açıqlayıb. Müdafiə Nazirliyi onun 408-ci Taktiki Helikopter Eskadrilyasının texniki olduğunu qeyd edib.
"(NATO - red.) Əməliyyat çərçivəsində Latviyaya göndərilmiş və sentyabrın 2-də itkin düşmüş kanadalı zabit Corc Holun meyiti sentyabrın 5-də tapılıb", - məlumatda deyilir.
Açıqlamada qeyd olunur ki, Kanada polisi əsgərin ölüm səbəbini araşdırmaq üçün Latviyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.