"Bir millət, iki dövlət" adlı qrup sərgisi təşkil olundu

"Bir millət, iki dövlət" adlı qrup sərgisi təşkil olundu

Beynəlxalq Qalereya və Ankara Rüzgarı Dərnəyinin birgə təşkilatçılığı ilə  türk və azərbaycanlı rəssamların iştirakı ilə layihə rəhbəri Aygün Əzizovanın olduğu  "Bir millət, iki dövlət" adlı qrup sərgisi təşkil olundu. Sərgidə müxtəlif yaş qruplarında 80 rəssam iştirak edirdi. 
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Bakının işğaldan azad olmasında Nuri Paşanın rəhbərliyi ilə Azərbaycanda döyüşən Qafqaz İslam Ordusunun xidmətindən , Türk şəhidlərinin şərəfinə  Azərbaycanın müxtəlif bölgələrində olan  "Türk Şəhidliyi" abidələrindən, bu günə qədər yüksək səviyyədə davam edən Azərbaycan-Türkiyə qardaşlığından söz açdı.   Elnurə xanım illərdi Türk səfirliyi ilə birgə Aygün Əzizovanın qardaşlıq layihələrinin yüksək səviyyədə təşkil olunduğunu, rəssamların rayonlarda olan Türk Şəhidliklərinə etüd təşkil olunduğunu sonda əsərlərin Nuru Paşa salonunda sərgilədiyini bildirdi. Sonda iştirakçı olan bütün rəssamlara uğurlar arzulayaraq sözü layihə rəhbəri Aygün Əzizovaya verdi. Aygün xanım çıxışında 2 ildir Ankara Rüzgarı Dərnəyinin rəhbəri Hatice Erdi ilə bu  sərgiyə hazırladıqlarını bildirdi. Sərginin möhtəşəm alındığı üçün təşkilatçılığa dəstək olan bütün qurumlara və iştirakçı olan  rəssamlara təşəkkür edib müxtəlif ölkələrlə olan sərgi layhələrin də məqsədi Azərbaycan mədəniyyətinə, incəsənətinə töhfələr verməkdir və  sözü Ankara Rüzgarı Dərnəyinin rəhbəri Hatice  Erdi ,  Remziye Kurttürk, Selma Akyüz , Mücella Ersoya söz verdi. Türkiyədən öz əsərləri ilə sərgidə iştirak edən rəssamlar yüksək səviyyədə qarşılanma,  təşkilatçılığın  çox yüksək səviyyədə olduğunu bildirdilər. Əməkdaşlığın məmnuniyyətlə davam edəcəyini bildirdilər. 
Sərgiyə dəstək olaraq "NN Sweet" Şokolad Şirkətinin rəhbəri Nailə Rüstəmova xüsusi  şokalad hədiyyələri ilə iştirak edirdi.
 Sonda iştirakçılar üçün sərgidə iştirak diplomları təqdim olunub, xatirə fotoları çəkildi.
Bu sərgi təkcə sənət nümayişi deyildi - o,
tarixə hörmət, mədəniyyətə sevgi və iki qardaş xalqın birliyinin simvolu idi.





Müxbir : Aygün Oqtay 
Operator : Xatirə Məmmədova 
Fotoqraf: Camal