Ərkivanlı alimin oğlu səfir təyin edilib

Ərkivanlı alimin oğlu səfir təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Mütəllim Mirzəyevin qardaşı Cəlal Mirzəyev də 2019-2024-cü illərdə Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. 
O, hazırda Xarici İşlər Nazirliyində çalışır.

Mirzəyev qardaşları Masallı rayonunun Ərkivan qəsəbəsinin Bədirli məhəlləsindən olan, Uzun illər Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri vəzifəsidə çalışan, Əməkdar müəllim, beynəlxalq N. Boqolyubov adına mükafatın və medalın ölkəmizdə yeganə laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Mirzəyevin övladlarıdır.
Fakt.info, 
Cəfər Cəfərov