Şəhid Sahib Şirəliyevin şəhadətindən 5 il ötür

Şəhid Sahib Şirəliyevin şəhadətindən 5 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Sahib Yusif oğlu Şirəliyevin anım günüdür.

Fakt.info xəbər verir ki, bu münasibətlə qəsəbə ictimaiyyəti, məktəblilər şəhidin məzarını ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 

Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri vətənə, şəhidə aid şeirlər söyləyiblər. 

Xatırladaq ki, Sahib Şirəliyev 18 oktyabr 1995-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 8 noyabr tarixində Şuşa döyüşlərində şəhid olub və 14 noyabr tarixində Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Şəhid baş leytenant Sahib Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.