Viləşçay SAİİ-nin sabiq rəisi vəfat etdi

Viləşçay SAİİ-nin sabiq rəisi vəfat etdi

Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisi Mahir Əliyev cəza çəkdiyi müəssisədə vəfat edib.

Mahir Əliyev 2017-2021-ci ildə idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə səhhəti ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdi.

Daha sonra o, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib və məhkəmə hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Mərhum bu gün Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunacaq.
Allah rəhmət eləsin!
Mənbə: Fakt.info