İlham Vəliyev üçün özəl gün
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Viləşçay Su Anbarının rəisi İlham Vəliyev 62-ci doğum gününü qeyd edir.
Bu münasibətlə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov, idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Əmirli, Ümumi şöbənin rəisi Faiq Hüseynov, idarənin əməkdaşı Bəhram Yaqubov və digərləri İlham müəllimi doğum günü münasibətilə təbrik edib, ona sağlam ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıblar.
Göstərdiyi yüksək iş fəaliyyəti və 62 yaşı münasibətilə İlham Vəliyevə idarə adından TƏŞƏKKÜRNAMƏ, Həmkarlar Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, İlham Vəliyev 24 may 1963-cü ildə Masallı rayonu Şıxlar kəndində doğulub.
1970-ci ildə kənd üçillik məktəbinə gedib. 1978-ci ildə Qəriblər səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilinə Bakı şəhəri Fizikia-Riyaziyyat təmayüllü 1 nömrəli məktəbində davam etdirib.
1981-1983-cü illərdə hərbi xidmətdə olub.
1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hidromeliorasiya ixtisası üzrə məzunu olub.
1987-ci ildən Viləşçay Su Anbarı İstismarı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Hazırda Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Viləşçay Su Anbarının rəisi işləyir.
Ailəlidir, üç övladı, 8 nəvəsi var.