Ərkivan Xeyriyyə Cəmiyyəti 2025-ci ildə xeyriyyə məqsədlərinə 80 000 manatdan çox vəsait xərclədi
Ərkivan Xeyriyyə Cəmiyyəti 2025-ci ildə 80 000 manatdan artıq sosial və xeyriyyə işi görüb.
Ərkivan Xeyriyyə Cəmiyyəti 28 dekabr tarixində 2025-ci ilin yekun hesabat iclasını keçirib. İclasda cəmiyyətin rəhbərliyi və komissiya üzvləri iştirak ediblər.
Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov iclas iştirakçılarına 2025-ci il ərzində həyata keçirilən aksiya və tədbirlər barədə ətraflı məlumat verərək, geridə qalan ilin olduqca məhsuldar keçdiyini bildirib.
Maddi-Yardım Komissiyasının sədri Sucayət Qasımov çıxış edərək qeyd edib ki, il ərzində təmir-tikinti işləri, xeyriyyə aksiyaları, vətənpərvərlik, milli və dini tədbirlərin təşkili istiqamətində ümumilikdə 80 062 (səksən min altmış iki) manat vəsait xərclənib.
Daha sonra Xeyriyyə Cəmiyyəti tərəfindən Alışanovlar ailəsinə məxsus yanan evin yerində yeni evin tikintisinə nəzarət edən Aydın Nuraliyev, həmçinin Güləş zalında aparılan təmir işlərinə nəzarət edən İltizam Əmrahov görülən işlər barədə məlumat veriblər.
Ağababa Ağayev qəsəbədə həyata keçirilən digər xeyriyyə tədbirləri haqqında iclas iştirakçılarını məlumatlandırıb.
İclasda 2025-ci ilin xərc hesabatları müzakirə olunaraq təsdiqlənib, eyni zamanda 2026-cı ildə görülməsi planlaşdırılan işlər nəzərdən keçirilib.
Gənclər və İdman Komissiyasının sədri Sabiq Cahangirov və müavini Xalid Mirzəyev idmana və idmançılara göstəriləcək dəstək məsələlərinə toxunublar.
Elm və Təhsil Komissiyasının sədri Həmid Mənsimov və Təftiş Komissiyasının sədr müavini Cavid Əliyevin təhsilə daha çox diqqət ayrılması ilə bağlı çıxışları iclas iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Mədəni-Kütləvi Tədbirlər Komissiyasının sədri Vəkil İsmayılov və Vətənpərvərlik Komissiyasının sədri Elmir Əliyev Ərkivan Yaradıcılıq Evində başlanılan təmir işlərinin vacibliyindən bəhs ediblər.
İclasda qərara alınıb ki, 2026-cı ildə təhsilə, istedadlı uşaqlara qayğıya və insan resurslarının inkişafına daha çox diqqət yetirilsin.
Sonda 2026-cı ildə daha genişmiqyaslı xeyriyyə layihələrinin həyata keçirilməsi niyyəti ifadə olunub və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ərkivan sakinləri səmimi-qəlbdən təbrik ediliblər.