Abbas Mikayılovun 60 illik yubileyidir
Bu gün uzun illər dövlət qulluğunda və memarlıq-tikinti sahəsində səmərəli fəaliyyət göstərmiş Abbas Lətif oğlu Mikayılovun 60 illik yubileyi qeyd olunur.
Abbas Mikayılov 1 yanvar 1966-cı il tarixində Masallı rayonu Ərkivan kəndində anadan olub.
1973–1983-cü illərdə Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. Daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidrometeorologiya fakültəsinə qəbul olunub. 1984–1986-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmət keçib və 1990-cı ildə ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb.
Əmək fəaliyyətinə meliorasiya və tikinti sahəsində başlayan Abbas Mikayılov bu sahədə müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən Masallı Rayon İcra Hakimiyyəti Başçısının aparatında memarlıq və tikinti şöbəsində fəaliyyət göstərib. İşlədiyi dövrdə ikinci ali təhsil alaraq memarlıq ixtisasına yiyələnib.
O, 2012–2022-ci illərdə Masallı rayonunun Baş memarı vəzifəsində çalışaraq rayonun sosial-iqtisadi inkişafında, şəhərsalma və memarlıq sahəsində mühüm layihələrin icrasında fəal iştirak edib. Birinci dərəcəli dövlət qulluqçusu olan Abbas Mikayılov hazırda Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində rəis müavini vəzifəsində çalışır.
Abbas Mikayılov peşəkar fəaliyyəti ilə yanaşı, səmimi, qayğıkeş və insanlarla ünsiyyətdə sadə münasibəti ilə seçilən ziyalı kimi də tanınır. O, doğma Ərkivan qəsəbəsində həyata keçirilən ictimai və sosial təşəbbüslərdə daim yaxından iştirak edir, Ərkivan Xeyriyyə Cəmiyyətinin sosial yönümlü layihələrinə dəstək göstərən və bu işlərdə fəallığı ilə seçilən şəxslərdəndir.
Onun ehtiyac sahiblərinə, şəhid ailələrinə və sosial həssas qruplara göstərilən diqqət və qayğısı əhali tərəfindən hər zaman yüksək dəyərləndirilir.
Abbas Mikayılov ailəlidir, iki qız və bir oğul atasıdır. O, 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
60 illik yubileyi münasibətilə Abbas Mikayılovu təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.