Bələdiyyə sədri yayılan iddialara cavab verdi - AÇIQLAMA
Son günlər Musaküçə bələdiyyəsi ilə bağlı sosial şəbəkələrdə və media resurslarında yayılan iddialara bələdiyyə sədri Eldəniz Kərimov açıqlama verib.
Bələdiyyə sədrinin Fakt.info xəbər portalına ünvanladığı açıqlamanı olduğu kimi təqdim edirik.
"Sosial şəbəkələrdə paylaşılan qərəzli məlumatlara cavab olaraq bildirirəm ki, bu iddialar həqiqəti əks etdirmir.
Oğlum Kərimli Kərim Eldəniz oğlu 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yola salınıb. Hərbi xidmətdə olduğu dövrdə 44 günlük Vətən müharibəsi başlamış və o, döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Kərim Kərimli Vətən müharibəsində göstərdiyi şücaətə görə Füzuli və Cəbrayıl rayonlarının azad olunmasına görə medallarla təltif olunmuşdur.
İkinci oğlum Xəyal Kərimli isə təhsil almaq məqsədilə Kanadaya yollanmış və hazırda orada təhsilini davam etdirir.
Bu faktlara baxmayaraq, övladlarım haqqında şər və böhtan xarakterli məlumatların yayılması təəssüf doğurur. Maraqlıdır, bu cür iddiaları sifariş edən şəxslərin övladları I və ya II Qarabağ müharibəsində iştirak ediblərmi?
Əlavə olaraq qeyd edirəm ki, Mahir Əbilovun iddia etdiyi yol mərhum Cəlil Yəhyayevə məxsusdur və bununla bağlı qanuni mülkiyyət sənədləri mövcuddur. Mahir Əbilovun hər hansı əlavə iddiası varsa, qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
Mənə qarşı böhtan xarakterli yazının müəllifi Sima Babayevaya da bildirmək istəyirəm ki, sözügedən ərazi şəxsi həyətyanı sahədir və bu barədə ona şifahi müraciəti zamanı dəfələrlə məlumat vermişəm. Bir məqalə dərc edilərkən qarşı tərəfin mövqeyi öyrənilmədən, təsdiqlənməmiş və öyrədilmiş məlumatların yayılması jurnalist etikası ilə ziddiyyət təşkil edir.
Sima Babayevanın paylaşımında mənim bələdiyyə qanunlarını bilmədiyim və guya səriştəsiz olduğum iddia olunur. Halbuki son bir il ərzində Musaküçə bələdiyyəsinin əhatə etdiyi kəndlərdə görülən işlər mütəmadi olaraq sosial şəbəkələrdə ictimaiyyətə təqdim edilib. Həmin paylaşımın şərh bölməsində seçicilərin reaksiyası da bunu açıq şəkildə sübut edir.
Qeyd etmək istəyirəm ki, həmin rəylər arasında məsələ ilə heç bir əlaqəsi olmayan, başqa rayonlardan olan şəxslərin də əsassız fikirləri yer alıb. Bununla yanaşı, oğlum Kərimlə birlikdə Vətən uğrunda döyüşmüş qazilər və döyüş yoldaşları da şərhlərdə açıq şəkildə bildiriblər ki, bu cür böhtanlar onların şərəf və ləyaqətinə toxunur.
Həmçinin xatırladıram ki, Nizami Rzayevin oğlu Kamran Rzayev aprel döyüşlərinin iştirakçısıdır və bəziləri kimi Bakının mərkəzində deyil, birbaşa döyüş bölgəsində xidmət aparmışdır.
Eldəniz Kərimov,
Musaküçə bələdiyyəsinin sədri"