“Baharın rəngləri” – Masallıda bayram tədbiri
Masallıda Novruz bayramı münasibətilə “Baharın rəngləri” adlı bayram tədbiri keçirilib.
Fakt.info xəbər verir ki, Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdən əvvəl tələbələrin hazırladıqları əl işləri və Novruz təamlarından ibarət sərgi nümayiş olunub.
Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən qədim bayram olduğunu qeyd ediblər. Tədbirin bədii hissəsində kollecin tələbələrinin hazırladığı konsert proqramı təqdim olunub.
Sonda fəal tələbələr Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunub, xatirə şəkilləri çəkdirilib.