7 yaşlı Pərviz həyatla vidalaşdı

7 yaşlı Pərviz həyatla vidalaşdı

Ağır gedişli aplastik anemiya ilə mübarizə aparan 7 yaşlı Pərviz bu gün həyatla vidalaşdı...

Fakt.info xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Pərvizin yaşamaq uğrunda apardığı mübarizə hər kəsin ürəyinə toxunmuşdu. Türkiyədə cərrahi əməliyyat olunması üçün tələb olunan 80 min dollar xeyirxah insanların dəstəyi ilə toplanmışdı. Hamı ümid edirdi ki, bu balaca fidan yenidən həyata sarılacaq, güləcək, böyüyəcək...

Amma həyat bəzən ən ağır sınaqları ən günahsızlara verir...

Bu gün o, gözlərini əbədi olaraq yumdu. Arzuları yarımçıq qaldı, oyuncaqları sahibsiz, gülüşü xatirəyə çevrildi. Onun itkisi təkcə ailəsinin deyil, onu tanıyan-tanımayan hər kəsin qəlbini sızlatdı.
Allah balaca mələyə rəhmət eləsin, ailəsinə səbr versin.