Nazirdən daha iki yeni təyinat

Nazirdən daha iki yeni təyinat

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
Fakt.info iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Bundan əlavə, indiyə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.