Masallı taekvondoçusunun uğuru

Masallı taekvondoçusunun uğuru

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində dan imtahanı keçirilib.

Fakt.info xəbər verir ki, imtahanda Masallı Regional Taekvondo Mərkəzinin üzvü Baxşıyeva Şəhana Şahin qızı uğurla iştirak edərək beynəlxalq qara kəmər 1-ci dan dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, dan dərəcəsi taekvondo idman növündə idmançının texniki hazırlığını, bilik və bacarıqlarını təsdiqləyən mühüm göstəricilərdən biridir.
Şəhanənin məşqçi-müəllimləri Sadiq Ağayev və Əməkdar məşqçi Ədalət Ağayevdir.

Şəhanə Baxşıyeva Masallı rayonu Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi, dərs əlaçısıdır. 

Şəhana Baxşıyevanı qazandığı nailiyyət münasibətilə təbrik edir, ona gələcək yarışlarda və idman və təhsil fəaliyyətində yeni uğurlar arzulayırıq.