"Arzum"un səhhəti pisləşdi - Vəkilindən açıqlama
Tiktokda daha çox "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib.
Fakt.info xəbər verir ki, bu barədə "Unikal.az"a tiktokerin vəkili Hikmət Əliyev məlumat verib.
Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdı.
Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.