Qəhrəman mayor Anar Novruzovun əziz xatirəsi ehtiramla anıldı
İyulun 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşlərinin igid qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Anar Novruzovun (12.05.1976 – 14.07.2020) şəhadətinin altıncı ildönümü dərin ehtiramla qeyd olunub.
Fakt.info xəbər verir ki, şəhidin məzarı önündə keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, qazilər, hərbçilər, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca iştirakçılar şəhid mayor Anar Novruzovun məzarı üzərinə gül dəstələri düzərək onun müqəddəs ruhuna sonsuz ehtiramlarını ifadə ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Anar Novruzov kimi qəhrəman zabitlər Azərbaycanın hərb tarixində silinməz iz qoyublar:
"Anar Novruzov Vətən qarşısında xidmətini son nəfəsinə qədər şərəflə yerinə yetirən igid Azərbaycan zabitidir. Onun Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaət xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrində yaşayır. Bu gün müstəqil və qalib Azərbaycanın hər bir uğurunda şəhidlərimizin qanı, igidliyi və müqəddəs əmanəti var. Onların xatirəsini yaşatmaq, ailələrinin yanında olmaq dövlətimizin və hər bir vətəndaşın mənəvi borcudur."
Araz Əhmədov vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsi olub. O qeyd edib ki, gənc nəsil Anar Novruzov kimi qəhrəmanların həyat yolunu örnək götürməli, Vətənə sevgi və sədaqət hissi ilə yetişməlidir.
Şəhidin döyüş yoldaşları, ailə üzvləri və çıxış edən digər natiqlər Anar Novruzovun yüksək peşəkarlığından, cəsarətindən, Vətən sevgisindən bəhs edərək onun döyüş meydanında göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı oldu və həmin döyüşlərdə qəhrəmancasına vuruşan Anar Novruzov Azərbaycan əsgərinin sarsılmaz iradəsinin rəmzlərindən birinə çevrildi.
Anım mərasimində rayon icra hakimiyyətinin başçısı qazilər və hərbçilərlə səmimi söhbət edib, onların qayğı və təklifləri ilə maraqlanıb.
Şəhidin qardaşı Sucəddin Novruzov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edərək bildirib ki, şəhid ailələrinin heç zaman unudulmaması onların ən böyük mənəvi təsəllisidir.
Sonda ehsan süfrəsi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhid mayor Anar Novruzovun və bütün Vətən şəhidlərinin ruhuna dualar edilib.
Anar Novruzovun şərəfli ömür yolu, Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq və əbədiyaşar adı xalqımızın yaddaşında daim yaşayacaq. Onun müqəddəs xatirəsi gələcək nəsillərə Vətən sevgisinin, fədakarlığın və qəhrəmanlığın ən uca nümunəsi kimi ötürüləcək.