Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri müstəqilliklə bağlı memorandum imzalayıblar
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin ərazi bütövlüyü ilə bağlı ilk ciddi siyasi sınaqlardan biri ilə üzləşib.
Fakt.info “The Independent”ə istinadla xəbər verir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı olan birinci nazirləri Böyük Britaniyanın gələcək konstitusion quruluşunun dəyişdirilməsi tələbi ilə bir araya gəliblər.
Şotlandiyanın birinci naziri, Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin birinci naziri, Plaid Cymru Partiyasının lideri Rhun ap Lorvert və Şimali İrlandiyanın birinci naziri, Sinn Féin Partiyasının sədrinin müavini Mişel O’Nil bu gün Kardiffdə anlaşma memorandumu imzalayıblar. Üç lider Böyük Britaniyanın hazırkı siyasi modelinin dəyişməli olduğunu bildirərək, müstəqillik istiqamətində əməkdaşlıq etməyə razılaşıblar. Onlar bəyan ediblər ki, Endi Börnhem bütün Birləşmiş Krallığa rəhbərlik edən sonuncu Baş nazir ola bilər.
Birgə sənəddə qeyd olunur ki, “Vestminsterin dövrü sona yaxınlaşır” və “konstitusion dəyişikliklər qaçılmazdır”. Liderlər London hökumətinə Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik referendumlarının keçirilməsinə imkan verilməsi üçün çağırış ediblər.
Con Svinni Şotlandiyada növbəti beş il ərzində müstəqillik referendumunun keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, yeni referendum baş tutarsa, şotlandların əksəriyyəti Böyük Britaniyanın tərkibindən çıxmağa səs verəcək. SNP lideri bildirib ki, Şotlandiya uzun müddətdir Britaniya hökumətinin “maneələri” ilə üzləşir.
“Əgər Şotlandiya xalqına referendumda müstəqillik seçimi təqdim edilərsə, onlar bu seçimi edəcəklər. Rəy sorğularında müşahidə etdiyimiz tendensiyalar bunun Şotlandiya xalqının üstünlük verdiyi seçim olduğunu göstərir”, - deyə Svinni bildirib.