Ərkivanda 25000 manatdan çox Qurban bayramı sovqatı paylanıldı

Ərkivanda 25000 manatdan çox Qurban bayramı sovqatı paylanıldı

Masallı rayonunun Ərkivan qəsəbəsində Qurban bayramı münasibətilə bir neçə büyük aksiya keçirilib. 

Keçirilən aksiyalarda Qurban bayramı ilə əlaqədar ümumilikdə 530 aztəminatlı ailəyə 25350 manat yardım edilib. 
Bayram sovqatları təkcə qəsəbədə deyil yaxın ərazilərdə yaşayan aztəminatlı ailələrə də verilib. 

Fakt.info keçirilən bayram aksiyalarını təqdim edir:

1. Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən 117 aztəminatlı ailəyə hər biri 60 AZN dəyərində Qurban bayramı sovqatı verilib (7020 manat)

2. Xeyriyyəçi iş adamı Gülağa Tənha tərəfində 90  aztəminatlı ailəyə hər birinin dəyir 60 AZN olan Qurban bayramı sovqatı verilib (5400 manat)

3. Arkoil YDM tərəfindən 164 ailəyə hər biri 2 kq Qurban əti verilib (4920₼)

4. Xeyriyyəçi iş adamı Hikmət Məmmədov tərəfindən 50 aztəminatlı ailəyə hər birinin dəyəri 100 manat olan Qurban bayramı sovqat və 25 aztəminatlı ailəyə 2 kq Qurban əti verilib (5750₼)

6. Xeyriyyəçi Kamran Əliyev tərəfindən 50 aztəminatlı ailəyə 2 kq Qurban əti verilib (1500₼) 

7. Xeyriyyəçi iş adamı Amid İdadov tərəfindən 34 ailəyə hər birinin dəyəri 40 AZN olan Qurban əti  verilib (1360₼)

Qurban bayramınız mübarək.