Dələduzu kim qoruyur? – Masallıda bitməyən istintaq
Masallı rayonunda aylardır davam edən ədalət axtarışım sanki görünməz divara dirənib.
Cinayət əməlinin bütün sübutları ortadadır, lakin Masallı Rayon Polis Şöbəsində iş üç dəfə araşdırılıb, üç dəfə də məhkəmə qərarı ilə ləğv olunub.
Hər dəfə eyni səbəbdən – “istintaq səthi, qeyri-obyektiv və qərəzli aparılıb.”
Amma nəticə dəyişmir.
İndi iş dördüncü dəfə istintaqa qaytarılıb.
Ən acınacaqlısı isə budur ki, Masallı polisində məsuliyyət daşıyan heç kim yoxdur – hamı topu başqasına atır.
Hümmət Kazımovun “şərikli biznes” oyunu
Həmyerlim, Ərkivan qəsəbə sakini Hümmət Kazımov 2024-cü ilin martında mənə yaxınlaşaraq avtomobil ehtiyat hissələrinin satışı və kartof sahələrinin əkilib-satılması ilə məşğul olduğunu, bu “biznes”ə məni də şərik kimi qatmaq istədiyini dedi.
Pul qoysam, qazancın yarısı mənim olacaq, özü isə “digər şərikləri ilə” bütün işi görəcəkdi.
Bu “şəriklər”in kim olduğunu heç vaxt görmədim. Nə sahə, nə anbar, nə də bir real fəaliyyət vardı.
Hümmət əvvəlcə az-az qazanc verərək etimad qazandı, sonra vəsaitin miqdarını artırdı.
Sonradan məlum oldu ki, “biznes” tamamilə uydurma imiş – məqsəd sadəcə etimadı ələ alıb pulu dələduzluqla mənimsəmək olub.
Beləcə, onunla son hesablamalarımızda mənə 18 min manat verəcəyi qaldı.
Sonra qardaşı Hikmət Kazımov 4 min manatın, digər yaxın qohumları isə 2 min manatın mənə verdikdən sonra, hazırda Hümmətin mənə 12 min manat verəcəyi qalıb.
Üç müstəntiq, üç ləğv edilmiş qərar
2025-ci ilin yanvarında Masallı Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət etdim.
İşin “araşdırılması” üç fərqli müstəntiqin – polis kapitanı Elvin Muradov, polis kapitanı Saday Mehrabov və polis mayoru Eşqin Məmmədov – icraatında olub.
Hər üçü də eyni nəticəyə gəlib: - “Cinayət tərkibi yoxdur.”
Amma məhkəmə bu qərarların hər üçünü ləğv edib.
Sonuncu dəfə Masallı məhkəməsinin hakimi Ellara Abbasova istintaq qərarını əsassız və qərəzli sayaraq işi yenidən araşdırmaq üçün geri göndərib.
Buna baxmayaraq, Masallı polisində nə məsuliyyət daşıyan var, nə də nəticə.
Məsuliyyətdən yayınmaq üçün müstəntiqlər qeyri-rəsmi şəkildə deyirlər ki, “biz nə edə bilərik? İşə nəzarəti Masallı rayon prokurorluğu həyata keçirir. Prokurorluq desə ki, cinayət işi açın, biz də açarıq.”
Bəlkə də onlar düz deyirlər.
Bəlkə də bu işin “düyünə düşən yeri” elə Masallı rayon prokurorluğudur.
Əgər məhkəmə üç dəfə istintaqın natamam aparıldığını deyibsə, niyə prokurorluq hələ də məsələni dəyişmir?
Əgər prokurorluq göstəriş vermirsə, bu halda ədalət hansı orqandan gözlənilməlidir?!
Kamran Kazımov faktoru – istintaqa gizli müdaxilə
Bu işin obyektiv aparılmamasının bir səbəbi də Hümmət Kazımovun əmisi oğlu – Masallı RPŞ-nin əməkdaşı, polis serjantı Kamran Ədalət oğlu Kazımovdur.
O, əmisi oğlunu qorumaq üçün istintaqın gedişinə birbaşa müdaxilə edib.
Məsələyə heç bir xidməti əlaqəsi olmadığı halda, mənimlə Hümmət Kazımov arasında olan şəxsi söhbəti öz telefonu ilə gizli şəkildə videoya çəkərək Hümmət və Hikmət qardaşlarının hüquq orqanlarına şikayət verməsinə şərait yaradıb.
Kamran Kazımovun rayonda geniş əlaqələri var. Himayədarlarına güvənən bu şəxs təkcə polis işçisi kimi deyil, yüklərin daşınması və logistika sahəsində fəaliyyət göstərən sahibkar kimi də tanınır.
Onun bir neçə TIR yük maşınına sahib olması ilə yanaşı, bəzi rəhbər şəxslərin də bu sahədəki maraqlarına “nəzarət etdiyi” danışılır.
Belə vəziyyətdə Masallı istintaqının obyektiv aparılmasını gözləmək, açığı, sadəlövhlük olardı.
Abşeronda eyni şəxsə cinayət işi açılıb
Ən maraqlı fakt isə budur ki, Hümmət Kazımov eyni ssenari ilə başqa şəxsi də aldadıb.
Lakin bu dəfə məsələ Abşeron Rayon Polis Şöbəsində araşdırılıb və cinayət işi başlanıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə prosesi davam edir.
Bu isə açıq sual doğurur:
Eyni əmələ görə Abşeronda cinayət işi açılır, Masallıda isə “cinayət tərkibi yoxdur”?
Rəislərin vədləri və “kağız üzərində nəzarət”
İki dəfə Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayevin,
iki dəfə də Masallı Rayon Prokuroru Vəli Mustafayevin qəbulunda olmuşam.
Hər ikisi məni səmimi qarşılayıb, “işə obyektiv baxılacaq” deyib.
Amma nə obyektivlik oldu, nə də ədalət.
Məhkəmənin üç dəfə qərar ləğv etməsi, işin yenidən istintaqa qaytarılması, əslində, bu vədlərin dəyərsiz kağız parçasına çevrildiyini sübut edir.
Masallı polisindəki qərəz və fəaliyyətsizliklə bağlı “102” Xidmət-Zəng Mərkəzinə də müraciət etmişəm.
Lakin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Emil Usubovun göndərdiyi cavab məktubunda yenə eyni məntiq:
“Masallı RPŞ-də aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasına əsas yoxdur.”
Yəni mən DİN-dən obyektivlik istədim, amma elə həmin orqanın verdiyi formulyar cavabla yenə Masallı istintaqının ətəyinə qaytarıldım.
Dördüncü dəfə istintaq… və nəticə hələ də yoxdur
Artıq iş dördüncü dəfə istintaqa qaytarılıb.
Bu, təkcə mənim deyil, Masallı hüquq sisteminin “ayna timsalıdır.”
Bir vətəndaş dörd dəfə məhkəmə qazanır, amma hüququ bərpa olunmur.
Bu, sadəcə bir hadisə deyil – sistemli məsuliyyətsizliyin portretidir.
Masallı RPŞ-də “cinayət tərkibi yoxdur” ştampı, sanki hazır formadır.
İstintaq orqanı isə bunu “prokurorluğun göstərişi yoxdur” bəhanəsi ilə əsaslandırır.
Beləcə, polis məsuliyyətdən yayınır, prokurorluq səssiz, məhkəmə qərarları isə kağız üzərində qalır.
Əgər bu dairə qırılmasa, Masallıda ədalət anlayışı sadəcə rəsmi plakatlarda qalan söz olacaq.
Əlavə qeyd: Mərkəzi orqanlara inam qalır
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır:
Bu yazının məqsədi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun fəaliyyətini hədəfə almaq deyil.
Əksinə, Baş prokuror Kamran Əliyev və Daxili İşlər Naziri Vilayət Eyvazovun rəhbərliyi dövründə ölkədə şəffaflıq, ictimai nəzarət və korrupsiya ilə mübarizə istiqamətində real irəliləyişlər müşahidə olunur.
Bu gün bir çox rayonlarda vətəndaş müraciətlərinə ədalətli reaksiya verilməsi, istintaq və təhqiqat orqanlarında şəffaflıq prinsiplərinin güclənməsi, məhz həmin rəhbərliyin siyasətinin nəticəsidir.
Lakin təəssüf ki, Masallı rayonundakı yerli strukturlar bu prinsipləri qoruyub saxlaya bilmir.
Buradakı istintaq və nəzarət orqanlarının fəaliyyətsizliyi, mərkəzdə formalaşan müsbət imicin əksinə işləyir.
Elə bu səbəbdən də, qarşılaşdığım məsuliyyətsizlik və laqeydliklə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
rəsmi qaydada şikayət ərizəsi ünvanlamışam.
Ümid edirəm ki, bu müraciətlər Masallıda artıq illərlə davam edən bu ədalətsizlik zəncirinin qırılmasına, məsul şəxslərin cavab verməsinə və ədalətin bərpasına səbəb olacaq.
Cəfər Cəfərov