Ərkivanda “Ramazan ətirli Novruz” adlı xeyriyyə aksiyası keçirildi - VİDEO/FOTOLAR
Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində aztəminatlı ailələr üçün “Ramazan ətirli Novruz” adlı xeyriyyə aksiyası təşkil olunub.
Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya qəsəbədə yerləşən “Həsənəküçə” Mərasim evində baş tutub.
Bayram əhval-ruhiyyəsində keçən tədbirdə xeyriyyəçilər və ictimai fəallar iştirak ediblər.
Tədbirdə çıxış edənlər belə aksiyaların cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edərək, aksiyanın təşkilinə və sovqatların hazırlanmasına dəstək göstərən xeyirxah insanlara minnətdarlıqlarını bildiriblər.
Humanitar aksiya çərçivəsində hər birinin dəyəri 60 manat olan 136 ədəd bayram sovqatı könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
Qeyd edək ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyalarında etik səbəblərə görə sovqat aparılan ailələrin kimliyi açıqlanmır.
Bayramınız mübarək olsun!