«Mətbuatımız və milli-mənəvi dəyərlərimiz» - Masallıda tədbir
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Masallıda “Mətbuatımız və milli-mənəvi dəyərlərimiz” adlı tədbir baş tutub.
Tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara Regional Bölməsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İyulun 20-də muzeydə keçirilən görüş öncəsi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, həmçinin vəfat etmiş media təmsilçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş nitqi ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva milli mətbuatın ictimai həyatda oynadığı əhəmiyyətli roldan, onun milli-mənəvi dəyərlərin qorunması və təşviqindəki xidmətlərindən, habelə zəngin ənənələrindən söz açıb.
“Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov və Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Gülər Piriyeva çıxışlarında milli mətbuatın tarixi inkişaf yoluna, müasir informasiya mühitində medianın üzərinə düşən məsuliyyətə, həmçinin kütləvi informasiya vasitələrinin milli kimliyin və mənəvi dəyərlərin qorunmasındakı əhəmiyyətinə toxunublar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran–Astara Regional Bölməsinin rəis müavini Pərvin İmanov, Əməkdar jurnalist, yazıçı-tərcüməçi Zakir Abbas, “Qanun” nəşriyyatının redaktoru, AJB-nin üzvü Əyyar Tahirov, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin ədəbi işçisi Akif Ağayev, Masallı Rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbzadə, jurnalistlər Cəfər Cəfərov və Mərhəmət Lələyev, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov çıxışlarında qeyd ediblər ki, milli mətbuat cəmiyyətin maariflənməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.
Natiqlər həmçinin vurğulayıblar ki, qlobal informasiya məkanında milli maraqların qorunması baxımından peşəkar, obyektiv və məsuliyyətli jurnalistikanın rolu danılmazdır.
Fikir mübadiləsi şəraitində davam edən tədbirdə iştirakçıların bütün sualları cavablandırılıb.

Akif AĞAYEV