Masallıda şəhid atasının yubileyi qeyd olunub
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Rauf Həsənovun 55 illik yubileyi münasibətilə kollektivin iştirakı ilə səmimi tədbir keçirilib.
Tədbirdə çıxış edən idarənin rəisi Akif Həmidov yubilyarı ürəkdən təbrik edərək, onun uzun illər meliorasiya və su təsərrüfatı sahəsində məsuliyyətlə çalışdığını, peşəsinə daim vicdanla yanaşdığını vurğulayıb. O, həmçinin Rauf Həsənovun şəhid atası kimi cəmiyyətdə böyük hörmət qazandığını qeyd edərək, ona möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
İdarənin Həmkarlar Komitəsinin sədri Hüseyn Əmirli də Həmkarlar Komitəsi adından yubilyarı təbrik edib, onun kollektiv arasında qazandığı nüfuzdan, zəhmətkeşliyi və insanpərvər keyfiyyətlərindən bəhs edərək xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən digər əməkdaşlar da Rauf Həsənov haqqında xoş xatirələrini bölüşüb, onun həm peşəkar, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan olduğunu qeyd edərək yubiley münasibətilə səmimi təbriklərini ifadə ediblər.
Sonda Rauf Həsənov meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, əməkdə göstərdiyi fərqlənməyə görə 55 illik yubileyi münasibətilə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və Həmkarlar Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.